Yaxın Şərqdə vəziyyət kəskinləşir | ABŞ mümkün təhlükəyə qarşı nə tədbir görür? - Baku TV
ABŞ regionda vəziyyətin daha da gərginləşməsi təhlükəsi fonunda Yaxın Şərq ölkələrindəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının bir hissəsinin və onların ailə üzvlərinin təcili təxliyəsini təşkil edir.
Bu barədə CNN telekanalı çoxsaylı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubionun ünvanına göndərilmiş 23 oktyabr tarixli xidməti qeyddə ABŞ kəşfiyyatının İranın fəallığının əhəmiyyətli dərəcədə artdığını qeydə aldığı bildirilir.
Sənədə əsasən, Tehranın ehtimal olunan hücumlara hazırlığı həm Yaxın Şərqdə, həm də bəzi digər ölkələrdə irəliləmiş mərhələyə çatıb.
Eyni zamanda CNN qeyd edir ki, diplomatik xidmət əməkdaşları təxliyənin xaotik təşkilindən və maliyyə dəstəyinin yetərsizliyindən şikayətlənirlər.
Onların bir çoxu İranla gərginlik dövründə məcburi gedişdən sonra yalnız bu yaxınlarda öz işlərinə qayıdıb və indi yenidən təcili şəkildə mənzil və uşaqları üçün məktəb axtarmaq məcburiyyətində qalıblar.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı artır - Baku TV CANLI
- Yaxın Şərqdə müharibə an məsələsidir | Vaşinqtonun planı nədir? - Baku TV CANLI
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
- Regionu daha geniş münaqişə ocağı gözləyir? - Tehrana yeni zərbələr nə vaxt olacaq? - Baku TV
- ABŞ-nin hərbi gəmilərinin körfəzə daxil olmasına icazə verməyəcəyik | İrandan açıqlama
