Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
Oktyabrın 24-də Fransanın Nitsa şəhərinin mərkəzində qiymət artımına qarşı keçirilən etiraz aksiyası zamanı polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Asayişin qorunması üçün əraziyə yüzlərlə polis və jandarm əməkdaşı cəlb olunub. Şəhər rəhbərliyi bütün nümayiş və ictimai toplantıları qadağan etsə də, etirazçı qruplar şəhər mərkəzinə toplaşıblar.
Məlumata görə, təxminən 1000 nəfər yürüş edərək polis və hakimiyyət əleyhinə şüarlar səsləndirib. Nümayişçilər sosial sahəyə və təhsilə ayrılan büdcə vəsaitlərinin azaldılmasına etiraz ediblər.
Massen meydanında nümayişçilərlə polis arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı xüsusi vasitələrdən istifadə ediblər.
Gərginliyə və toqquşmalara baxmayaraq, etirazçılar şəhər infrastrukturuna və mağazalara zərər vurmayıblar.
Nitsa hakimiyyəti 40 nəfərin saxlanıldığını açıqlayıb. Onların bəziləri aksiya başlamazdan əvvəl gözyaşardıcı qazdan qorunmaq üçün müxtəlif vasitələr daşıdıqlarına görə saxlanılıblar.
#Fransa teqi istifadə olunub
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
- Fransa paytaxtının iki rayonunda komendant saatı elan edilib, kütləvi aksiyalara qadağa qoyulacaq
- Fransada saxlanılanların sayı 3 minə çatmaq üzrədir
- Makronun açıqlamasından sonra Fransada nə dəyişəcək? - Baku TV CANLI
