Pleyeri seçin:

100 il əvvəl insanlar 2024 haqqında nə düşünürdü? | Gerçəkləşən və gerçəkləşməyənlər

05 yanvar 2024 336 baxış

1924-cü ildə insanların 100 il sonra dünyanı necə təsəvvür etdiyinə dair sübutlar toplanıb. Bu barədə “Bild” nəşri araşdırma aparıb.

1924-cü ildə 7 proqnoz var ki, onlardan bəziləri təəccüblü şəkildə reallıqla üst-üstə düşür.

1924-cü ildə Kaliforniya Universitetindən paleontoloq Edvard Ferlonq 2024-cü ilə qədər atların kənd təsərrüfatında istifadə edilməyəcəyi fikri ilə hər kəsi şoka salmışdı.

“Kansas City Post” qəzetindəki məqaləsində o, kənd təsərrüfatında traktor və avtomobillərin onları tamamilə əvəz edə biləcəyini və atların əsasən zooparklarda tapılacağını yazmışdı.

Britaniyalı siyasətçi Kinqsli Vud 1924-cü ildə 2024-cü ilə qədər insanların orta hesabla ən azı 100 il yaşayacağını, 75 yaşda “nisbətən gənc” hesab ediləcəyini söyləyib.

Mühəndis Arçibald Lou 100 il əvvəl “Simsiz imkanlar” kitabında 2024-cü ildə insanların əksəriyyətinin evdən işləyə biləcəyini irəli sürmüşdü.

İsveçli memar Ben Byorkson böyük şəhərlərdə üçsıra magistral yolların görünəcəyini proqnozlaşdırmışdı.

Yüz il əvvəl “Olderman Nyuton” qəzetinin müəllifi inanırdı ki, 2024-cü ildə uşaqlar yuyulması lazım olmayan asbest kostyumları geyinəcək, ingilis dili dərslərində isə Şekspirin qrammofon valına yazılmış pyeslərinə qulaq asacaqlar.

Nyu-York maqnatı Cozef Day yüz il əvvəl əmin idi ki, 2024-cü ildə hamı işə hər gün hava gəmiləri və təyyarələrlə gedəcək.

Hollivud rejissoru David Qriffit 1924-cü ildə demişdi ki, filmlər sayəsində insanlar başqa mədəniyyətlər haqqında daha çox şey öyrənəcəklər və artıq yad insanlardan qorxmağa ehtiyac qalmayacaq. Beləliklə, onun fikrincə, filmlər bütün müharibələrə son qoymalı idi.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 336 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 336 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 336 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 336 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 336 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 336 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 336 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 336 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 336 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 336 baxış
Seçilmişlər
icon