1000 km məsafədən zərbə: ABŞ "görünməz silah"ları işə salır | İran üçün kritik an - HƏRBİ XRONİKA
Yeniliklərdən dərhal xəbərdar olun
İran İslam Respublikasına qarşı ABŞ-İsrail hücumlarının quru əməliyyatları fazasına keçirilməsindən öncə rəsmi Tehrana verilən vaxt sona çatarkən Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının bir qərarı diqqətçəkən gündəm mövzusu olub.
Hücum tandeminin cəbhədə artıq 7 hava-döyüş vasitəsini itirməsi ilə bağlı xəbərlərin fonunda “Bloomberg” agentliyinin öz mənbələrinə istinadən yaydığı xəbərə görə, Birləşmiş Ştatlar “stealth” xarakterli və uzaqmənzilli zərbə vasitələrindən olan AGM-158 JASSM-ER raketlərinin bütün ehtiyatlarını Yaxın Şərq istiqamətinə cəmləşdirməyə başlayıb.
Məlumata görə, raketlər Sakit okean regionundan çıxarılaraq ABŞ-nin Mərkəzi Komandanlığının məsuliyyət zonasına və Böyük Britaniyadakı bazalara yönləndirilib.
Mahiyyətcə strateji əhəmiyyət daşıyan bu qərar iki məntiqi sual yaradıb. Niyə indi və niyə məhz JASSM-ER raketləri?
Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışında bu və digər suallara aydınlıq gətirilib.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
