Pleyeri seçin:

12 illik araşdırmanın nəticələri açıqlandı

31 mart 2026 409 baxış

Beynəlxalq alimlər qrupu MIND pəhrizinə riayət zamanı beyinin daha gec qocaldığını müəyyən edib.

Araşdırmada orta və yaşlı yaş qrupuna aid 1647 nəfər iştirak edib. Təxminən 12 il ərzində alimlər onların qidalanma rasionunu və MRT vasitəsilə beyin strukturunda baş verən dəyişiklikləri izləyiblər. Məlum olub ki, qidalanması MIND pəhrizinə daha yaxın olan iştirakçılar zamanla daha az beyin toxuması itiriblər.

Ən güclü təsir yaddaş, düşünmə və qərarverməyə cavabdeh olan boz maddələrdə müşahidə edilib. Bundan əlavə, belə şəxslərdə beyinin atrofiya göstəricilərindən biri sayılan mədəciklərin genişlənməsi daha az olub.

Tədqiqatçıların qiymətləndirməsinə görə, pəhrizə riayət səviyyəsi fərqli olan iştirakçıların beyin vəziyyəti arasındakı fərq təxminən 2,5 illik qocalmaya bərabərdir.

Beyin sağlamlığını qorumaq və yaddaşsızlıq riskini azaltmaq üçün nəzərdə tutulan MİND pəhrizi və arterial təzyiqin azaldılmasına yönəlmiş DASH pəhrizinin prinsiplərini birləşdirir. Bu pəhriz tərəvəzlərin, giləmeyvələrin, qoz-fındığın, bütöv taxılların, balıq və quş ətinin yüksək miqdarda qəbulunu, eləcə də qırmızı ətin, qızardılmış qidaların və doymuş yağlarla zəngin məhsulların məhdudlaşdırılmasını nəzərdə tutur.

Banner
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 409 baxış
Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Dünya
27 oktyabr 2026 409 baxış
Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 409 baxış
Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Dünya
27 oktyabr 2026 409 baxış
Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Dünya
27 oktyabr 2026 409 baxış
Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 409 baxış
Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 409 baxış
Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Dünya
27 oktyabr 2026 409 baxış
Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 409 baxış
Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Dünya
27 oktyabr 2026 409 baxış
Seçilmişlər
icon