13-cü girov İsrailə təhvil verildi
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Prezidenti Donald Tramp əmindir ki, Qəzza zolağında atəşkəs rejiminin pozulması HƏMAS-ın rəhbərliyi tərəfindən sanksiyalaşdırılmayıb”.
Bu barədə o, Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albanese ilə görüşü zamanı Qəzza zolağındakı vəziyyəti jurnalistlərə şərh edərkən deyib.
“Mən inanmıram ki, bunu HƏMAS-ın rəhbərliyi edib”, – deyə ABŞ lideri bildirib.
Eyni zamanda Tramp vurğulayıb ki, əgər vəziyyət gərginləşərsə, ABŞ HƏMAS-a qarşı qətiyyətli güc tətbiq etməyə hazırdır. “Onlar özlərini düzəltməsələr, bu, çox tez həll olunacaq”, ‒ deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, İsrail və HƏMAS bundan əvvəl bir-birini atəşkəsi pozmaqda ittiham etmişdi.
Fələstinin HƏMAS təşkilatı daha bir israilli girovun meyitini Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə təhvil verməsi bərədə məlumatı təsdiq etdi. Bu, oktyabrın 10-da atəşkəsin qüvvəyə minməsindən sonra qruplaşmanın qaytardığı 13-cü meyitdir.
İsrail Ordusunun məlumatına görə, qarşı tərəfin hücumu nəticəsində iki hərbçi öldürüldükdən sonra ölkənin hərbi qüvvələri Qəzza zolağına bir sıra hava zərbələri endirib. HƏMAS hücumda iştirakı barədə iddiaları təkzib edib.
#Donald Tramp teqi istifadə olunub
- ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib
- Tramp Tehranla təmasların məzmunu barədə ətraflı məlumat verməyib
- Körfəzdə növbəti insident: İran qüvvələri Amerika PUA-sını zərərsizləşdirdi - Baku TV
- Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI
- İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV
