Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail ABŞ-yə İranın kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı barədə kəşfiyyat məlumatları ötürüb.
Bu barədə "The New York Times" qəzeti ABŞ və region rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail Vaşinqtona İranın son iki həftə ərzində raketləri kimyəvi başlıqlarla təchiz etmək üçün texnologiyanı sürətlə inkişaf etdirdiyini bildirib. Həmçinin Tehranın bu silahları İsrailə və ya başqa ölkələrə qarşı mümkün hücumlarda istifadə etmək üçün gizli şəkildə daşıya biləcəyi iddia olunub. Lakin ABŞ rəsmiləri bu məlumatlara fərqli yanaşıblar.
Bəziləri iddialardan narahat olduqlarını bildirsələr də, digərləri onların doğruluğuna şübhə ilə yanaşıblar. Hətta İsrailin bu məlumatlarla ABŞ-ni İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə inandırmağa çalışdığı ehtimalı da irəli sürülüb.
Qəzetin məlumatına görə, İsrail iddialarını təsdiqləyən konkret sübutlar təqdim etməyib. Xəbərdarlıqlar yalnız kəşfiyyat qiymətləndirmələrinə əsaslanıb. Fars körfəzi ölkələri də bu məlumatlara şübhə ilə yanaşıblar.
#İran teqi istifadə olunub
- Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurma ritorikası daha da sərtləşir - Baku TV CANLI
- 22 aylıq plan | İran uzunmüddətli müharibəyə nə dərəcədə hazırdır? - Baku TV
- Vaşinqton Tehranla razılaşacaq, yoxsa hərbi təzyiqi artıracaq? - Baku TV
- Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
