Pleyeri seçin:

17 yaşlı qatil hökmdən narazı qalıb | Rusiyadakı qandonduran qətlin təfərrüatı

03 iyun 2025 643 baxış

Rusiya Federasiyası Çelyabinsk Vilayət Məhkəməsi 17 yaşlı Korkino sakini Yeqor Yurçenkonu 9 il 10 ay müddətinə azadlıqdan məhrum edib.

Yeniyetmə taksi sürücüsü Yelena Sarafanovanı qətlə yetirməkdə təqsirli bilinib.

Qadının bıçaq xəsarətləri olan cəsədi 2024-cü il oktyabrın 23-də axşam saatlarında Korkinoda avtomobildə tapılıb. Ertəsi gün müstəntiqlər cinayəti törətməkdə şübhəli bilinən 17 yaşlı yerli sakini saxlayıblar.

Y.Yurçenkonun valideynləri oğlunun istintaq təcridxanasında döyüldüyünü iddia etsə də, Ədliyyə Nazirliyinin yerli şöbəsi bu məlumatı təkzib edib. Hökm tərcüməçi vasitəsilə oxunduqdan sonra Y.Yurçenko məhkəmə iclası zamanı saxlandığı “qəfəs”in şüşəsinə yumruq vurmağa başlayıb.

Y.Sarafanovanın cəsədi tapıldıqdan az sonra yerli media onun ölümündən əvvəl taksi sürücüsünün “yerli qaraçılar”a çağırışa getdiyini bildirib. Bu məlumat şəhərdə iğtişaşlara səbəb olub.

Talan iştirakçıları bir evi yandırıb, daha iki evin şüşəsini sındırıb, dörd avtomobilə ziyan vurublar. Şəhər sakinləri hüquq-mühafizə orqanlarının illərdir qaraçı icmasının üzvlərinin davranışı ilə bağlı şikayətlərə cavab vermədiyini iddia edərək polisi fəaliyyətsizlikdə ittiham ediblər.

İğtişaşlar zamanı onlarla insan saxlanılıb. Bu hadisələrdən sonra polis qaraçıların sıx məskunlaşdığı ərazilərdə mütəmadi olaraq reydlər keçirməyə başlayıb.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 643 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 643 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 643 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 643 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 643 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 643 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 643 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 643 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 643 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 643 baxış
Seçilmişlər
icon