236 sərnişinin həyatı təhlükədə qaldı | Rusiya təyyarəsi barədə təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinin Şarm əş-Şeyxdən Yekaterinburqa uçan “Airbus A-321” təyyarəsi Misirin kurort şəhərinin hava limanında məcburi eniş etməli olub.
Bu barədə Rusiya mətbuatında məlumat verilib.
Bildirilib ki, təcili enişə səbəb 236 sərnişini olan təyyarənin mühərriklərindən birində texniki nasazlıq olub.
“Ural Hava Yolları” aviaşirkətindən bildirilib ki, uçuş təhlükəsizliyini təmin etmək məqsədilə təyyarə heyəti Misir hava limanına qayıtmaq qərarına gəlib və uğurla eniş edib.
Misir Mülki Aviasiya Nazirliyi isə heyətin peşəkarlığı sayəsində “Airbus A-321”in hava limanına qayıtmaq qərarının faciəli nəticələrin qarşısını aldığını bildirib.
Nasazlıq aşkar edildikdən və uğurlu enişdən sonra bütün sərnişinlər Şarm əş-Şeyx hava limanının beynəlxalq uçuşlar zalına yerləşdirilib. Reysin davam etdirilməsi üçün aviaşirkət ehtiyat təyyarəsi hazırlayıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
