Pleyeri seçin:

3-cü Dünya müharibəsi bele başlayacaq? - Hegemon dövlətlərdən kritik qərarlar

08 iyul 2025 486 baxış

NATO-nun Baş katibi Mark Rutte “The New York Times” qəzetinə verdiyi geniş müsahibəsində bildirib ki, əgər Pekin Tayvana hücum edərsə, Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinə zəng edərək NATO ölkələrindən birinə hücum etməyi xahiş edə bilər.

Bu addımın əsas məqsədi Qərbin diqqətini Tayvandan yayındırmaq olacaq. Aviazərbəyə məruz qala biləcək ölkə isə Estoniyadır.

Rutte bu tip ssenarilərin qarşısını almaq üçün NATO-nun Hind-Sakit okean bölgəsində fəallığını artırmalı olduğunu vurğulayıb.

Çinin Tayvanı özünə birləşdirmək niyyəti ilə bağlı Qərbin narahatllığı çoxdan mövcuddur. Onsuz da Si Cinpin dəfələrlə bəyan edib ki, Tayvan Çinə məxsusdur və bu məsələ bir gün həllini tapmalıdır.

NATO Baş katibinin hücum ehtimalı nə qədər məntiqli olsa da, inandırıcı deyil. İlk növbədə ona görə ki Rusiya Ukrayna ilə savaşda xeyli itki verib. Əgər Ruttenin iddia etdiyi kimi, Rusiya Estoniyaya hücum edərsə, bu, avtomatik NATO-nun 5-ci maddəsinin işə düşməsinə səbəb olacaq. Yəni alyans Ukraynadakı kimi sakit qala bilməyəcək və öz üzvünü müdafiə etməli olacaq.

Rusiya hazırda NATO ilə kəllə-kəlləyə gələcək durumda deyil. Rusiya-Çin ittifaqı isə bu məsələnin öhdəsindən gələ bilər. Çin Rusiyanı təkləmək istəyən Qərbə qarşı çıxsa, III Dünya müharibəsi başlayar. Çünki ABŞ də savaşa müdaxilə etməli olacaq, əks halda, Avropanın parçalanması qaçılmazdır. NATO-ya görə heç Avropa İttifaqına üzv olmayan Böyük Britaniya da hədəfə çevrilir deyə ABŞ böyük qardaşını dar ayaqda qoymaz.

Həm də Ağ Ev Avropanın nüvə təhlükəsizliyinin təminatçısıdır. Donald Tramp köhnə qitəni yeni problemlə üz-üzə qoymamaq üçün Amerikaya olan etimadı bunkerdə gizlətməyəcək.

Sonda qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstanın “Magyar Nemzet” qəzetinə müsahibəsində hanısa Avropa ölkəsinə hücum və işğal ehtimalını təkzib edib.

Banner
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 486 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 486 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 486 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 486 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 486 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 486 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 486 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 486 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 486 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 486 baxış
Seçilmişlər
icon