Pleyeri seçin:

4 illik müqavilə imzalanarsa... | İşçilərin şirkət qarşısında tələbi nə idi?

07 noyabr 2024 545 baxış

“Boeing” korporasiyasının tətil edən əməkdaşlarının yarıdan çoxu təyyarə istehsalçısı ilə yeni əməkhaqqı müqaviləsini qəbul edib.

“Reuters” agentliyi xəbər verir ki, bu addım yeddi həftə davam edən və istehsalın dayandırılmasına səbəb olan tətilə son qoyub.

Yeni saziş korporasiya işçilərinin maaşlarının növbəti dörd il ərzində 38 faiz artırılmasını nəzərdə tutur. Tətildə iştirak edən əməkdaşlar noyabrın 12-dən öz işlərinə qayıtmalıdırlar.

Amma təyyarə istehsalının tam bərpası və “Boeing” korporasiyasının maliyyə böhranından çıxması uzun çəkə bilər.

Agentliyin məlumatına görə, yeni dördillik müqavilənin sonunda “Boeing” işçilərinin orta illik əməkhaqqı 75,6 min dollardan 119,3 min dollara qalxacaq.

Bundan öncə tətil iştirakçıları əməkhaqqının artırılması ilə bağlı korporasiyanın irəli sürdüyü iki təklifi rədd etmişdi. İşçilərin ilkin tələbi üç il ərzində maaşların 40 faiz artırılmasıdır.

ABŞ Prezidenti Cozef Bayden “Boeing” əməkdaşlarının maraqlarını təmsil edən Beynəlxalq Maşinistlər və Aerokosmik İşçilər Assosiasiyasını və kompaniyanı konsensusa nail olduqlarına görə təbrik edib.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 545 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 545 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 545 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 545 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 545 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 545 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 545 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 545 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 545 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 545 baxış
Seçilmişlər
icon