İlham Əliyev “Boeing” şirkətinin icraçı vitse-prezidentini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev aprelin 30-da “Boeing” şirkətinin icraçı vitse-prezidenti, “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.
Görüşdə Azərbaycanla “Boeing” şirkəti arasında 8 ədəd müasir “Boeing 787 Dreamliner” təyyarəsinin alınmasına dair bu yaxınlarda razılaşmanın əldə olunması mühüm hadisə kimi qiymətləndirilib. Azərbaycanla “Boeing” şirkəti arasında uzun illərdir uğurlu və etibarlı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Söhbət zamanı Azərbaycanda nəqliyyat sahəsində böyük işlərin həyata keçirilməsindən bəhs olunub, ölkəmizin mühüm beynəlxalq və regional nəqliyyat habına çevrildiyi, yeni hava limanlarının açıldığı qeyd edilib.
Qarabağda və Şərqi Zəngəzurda yeni hava istiqamətlərinin açılmasının önəmi vurğulanıb, əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Görüşdə Formula 1 yarışının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirilib, ölkəmizə xeyli sayda turistlərin gəlməsinin önəmi vurğulanıb.
Azərbaycanın mötəbər tədbirlərin keçirildiyi məkana çevrildiyi və ölkəmizin beynəlxalq əməkdaşlıq işlərinə töhfə verdiyi qeyd edilib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
