40-dan çox ölkə Hörmüz boğazı üçün birləşdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Hörmüz boğazının açılması üçün hər cür diplomatik və iqtisadi tədbirlər görməyə hazırıq".
Bunu Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, qlobal tədarük zəncirlərinə və enerji bazarlarına təzyiq göstərən və faktiki olaraq bloklandığı iddia edilən strateji su marşrutunun açılmasını dəstəkləmək üçün 40-dan çox ölkə birgə səy göstərir.
İvett Kuper İranın beynəlxalq gəmiçiliyə və dünya iqtisadiyyatına zərbə vuran addımlarını pisləyib. O vurğulayıb ki, bunun nəticələri dünyanın müxtəlif regionlarında yanacağın, gübrə və qazın qiymətinə təsir edir.
Onun sözlərinə görə, London gəmilərin hərəkətini blokadadan çıxarmaq üçün Beynəlxalq Dəniz Təşkilatı ilə əməkdaşlığı da nəzərdən keçirir.
#Hörmüz boğazı teqi istifadə olunub
- Neft tankeri minaya düşüb, yoxsa vurulub?
- İran nüvə proqramından geri çəkilib, Hörmüzdən gəmilərin keçidinə təminat verəcək? - Baku TV CANLI
- İrandan xəbərdarlıq: Təyin olunmuş xətdən çıxan gəmiləri bu dəhşətli aqibət gözləyir! - Baku TV
- Neft tankerində yanğın | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
- Hörmüz boğazının açılması müqabilində İran nə istəyir? - AKTUAL GÜNDƏM
