50 min il əvvəl yaşamış bu canlı hər kəsi heyrətə gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı alimlər 50 min ildən çox yaşı olan mamont balasının qalıqlarını ictimaiyyətə təqdim ediblər.
Bu barədə Yakutskdakı Şimal-Şərq Federal Universitetinin saytında xəbər verilib.
Bildirilib ki, “Yana” adlandırılan mamont balasının çəkisi 180 kiloqram, hündürlüyü isə 120 sm-dir.
“Müayinə göstərib ki, qədim canlının baş hissəsi bu müddət ərzində çox yaxşı qalıb. Xortum, dodaqlar, qulaqlar, göz çuxurları qorunub, onlar hətta yırtıcılar tərəfindən yeyilməyib”, – deyə Universitetin Mamont Muzeyinin müdiri bildirib.
Məlumata görə, qədim heyvanın bədəninin kompleks tədqiqatları 2025-ci ilin əvvəlində planlaşdırılır.
Qeyd edək ki, unikal tapıntı 2024-cü ilin yayında Yakutiyanın Bataqay rayonunda yerli sakinlər tərəfindən aşkar edilib.
