Pleyeri seçin:

5300 illik buz adamı mumiyası ilə bağlı maraqlı fakt

21 avqust 2023 415 baxış

1991-ci ildə Avstriyanın Ötztal Alp dağlarında əriyən buzlaqda tapılan və Avropanın ən yaşlı mumiyası hesab olunan 5300 yaşlı Ötzinin Anadolu mənşəli olduğu ortaya çıxıb.

Bu barədə Almaniyanın “Max Planck” İnstitutunun saytında dərc olunan press-relizdə bildirilir.

Məlumata görə, İtaliyanın “Eurac” Mumiya Araşdırmaları İnstitutunun və “Max Planck” Təkamül Antropologiya İnstitutunun alimləri Ötzinin genomunu geniş şəkildə təhlil etdikdən sonra bu qənaətə gəliblər.

Bildirilir ki, analizlərin nəticələrinə görə, “buz adamı”nın genomunda digər avropalılarla müqayisədə Anadoludan gələn ilk əkinçilərin genləri ilə qeyri-adi səviyyədə, 92 faiz nisbətdə genlər var. Bu səbəbdən Ötzinin genetik əcdadlarının Anadoludan gəlmiş ola biləcəyi açıqlanıb.

Bundan başqa, onun dəri rənginin müasirləri avropalılarınkından daha tünd olduğu deyilir.

Tədqiqatlar zamanı “buz adam”ın piylənmə və diabetə meyilli olduğu, ancaq sağlam həyat tərzi sayəsində bu xəstəlikdən əziyyət çəkmədiyi müəyyən edilib. Həmçinin onun dişlərinin pis vəziyyətdə olduğu, son yediyi şeyin isə dağ keçisi əti olduğu öyrənilib.

Ötzinin bədənində çoxlu yaralar tapılıb, bu da onun qanlı döyüşdə həlak olduğunu göstərir. Əvvəlki araşdırmalarda Ötzinin 40-50 yaşlarında olduğu və böyük ehtimalla sol çiyninə dəyən ox səbəbində qan itkisindən öldüyü müəyyən edilmişdi.

Banner
Ermənistan Konstitusiyasından hansı iddialar çıxarılır? - Baku TV

Ermənistan Konstitusiyasından hansı iddialar çıxarılır? - Baku TV

Dünya
23 noyabr 2026 415 baxış
İstehsala təzyiq, artan narazılıq və elektrik problemi | İranı daha nə gözləyir? - Baku TV CANLI

İstehsala təzyiq, artan narazılıq və elektrik problemi | İranı daha nə gözləyir? - Baku TV CANLI

Dünya
23 noyabr 2026 415 baxış
Dərin qatların tədqiqi planetin tarixi barədə nə deyir?

Dərin qatların tədqiqi planetin tarixi barədə nə deyir?

Dünya
23 noyabr 2026 415 baxış
Vulkan külü ilə Babilin süqutu arasında əlaqə varmı?

Vulkan külü ilə Babilin süqutu arasında əlaqə varmı?

Dünya
23 noyabr 2026 415 baxış
Qədim şəhərlə bağlı indiyədək nələr məlumdur?

Qədim şəhərlə bağlı indiyədək nələr məlumdur?

Dünya
23 noyabr 2026 415 baxış
Biləcəri sakinləri narazıdır | Məktəbin qarşısında keçid niyə yoxdur? - Baku TV

Biləcəri sakinləri narazıdır | Məktəbin qarşısında keçid niyə yoxdur? - Baku TV

Dünya
23 noyabr 2026 415 baxış
Sənaya endirilən hava zərbəsi barədə nə məlumdur?

Sənaya endirilən hava zərbəsi barədə nə məlumdur?

Dünya
23 noyabr 2026 415 baxış
Kuşner ABŞ-nin Rusiyanı NATO-nun sülh niyyətlərinə inandırmağa çalışdığını bildirib

Kuşner ABŞ-nin Rusiyanı NATO-nun sülh niyyətlərinə inandırmağa çalışdığını bildirib

Dünya
23 noyabr 2026 415 baxış
Fabrikdəki yanğından sonra itkin düşənlərin axtarışı necə gedir?

Fabrikdəki yanğından sonra itkin düşənlərin axtarışı necə gedir?

Dünya
23 noyabr 2026 415 baxış
Kanadanın Baş naziri bu sözləri hansı kontekstdə deyib?

Kanadanın Baş naziri bu sözləri hansı kontekstdə deyib?

Dünya
23 noyabr 2026 415 baxış
Seçilmişlər
icon