ABŞ-də eksklüziv daşınmaz əmlakların qiyməti sürətlə artır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də lüks daşınmaz əmlak bazarında qeyri-adi aktivlərə maraq getdikcə artır.
“The Wall Street Journal” yazır ki, investorlar və tanınmış şəxslər eksklüziv mülklərə sahib olmağın yeni yollarını axtarırlar.
Bu seqmentin diqqətçəkən nümunələrindən biri Martas-Vinyard adasında formalaşan “çimərlik açarları” bazarıdır.
Söhbət üzərində tikinti aparılması mümkün olmayan, lakin sahibinə çimərliyə eksklüziv giriş hüququ verən sahilboyu torpaq sahələrindən gedir.
Belə mülklərin qiyməti son illərdə əhəmiyyətli dərəcədə yüksəlib. Məsələn, 2003-cü ildə Kuansu çimərliyinə giriş hüququ 200 min dollara satılırdısa, ötən il bu rəqəm 475 min dollara çatıb. Henkok çimərliyində isə oxşar sövdələşmələrin dəyəri 650 min dollara qədər yüksəlib.
