“ABŞ də müharibəyə qoşulsa...” | İsrail İrana gözləmədiyi zərbəni endirdi
Yeniliklərdən dərhal xəbərdar olun
“İsrail Tehranın hava hücumundan müdafiə sistemlərini məhv edib və səmada hökmranlıq edir”.
Bunu İsrail Müdafiə Qüvvələri Baş Qərargahının istefada olan polkovnik-leytenantı və hərbi ekspert Mark Babot bildirib.
“Bizim Hərbi Hava Qüvvələrimiz İran üzərində, xüsusən də Tehran üzərində işləyir, sanki bu, bizim hava məkanımızdır. Biz orada səmada tam üstünlük təşkil edirik. Bütün təriflənmiş Rusiya, Sovet və İranın hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri məhv edilib”, ‒ ekspert vurğulayıb.
M.Babot qeyd edib ki, İranın nüvə proqramını tamamilə məhv etmək hələ mümkün deyil. Səbəb onun obyektlərini vurmağın çətinliyidir:
“Ümid edirik ki, bəlkə nə vaxtsa ABŞ də qoşulacaq. Sonra onların 10 tondan çox bombaya sahib böyük bombardmançıları dağın altında gizlənmiş obyektlərlə nəsə edə biləcəklər”.
#İsrail-İran münaqişəsi teqi istifadə olunub
- Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV
- “İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj
- Gərginliyi alovlandıran məsələ: İran kütləvi zərbələrə məruz qalacaq? - Baku TV CANLI
- İsrailin əsas məqsədi nədir? | Netanyahu istəyinə çatacaq? - Baku TV
- İsrailin İran planı savaş riskini artırır | Netanyahudan diqqətçəkən mesaj - Baku TV
