ABŞ-də yeni süni intellekt modellərinə nəzarət tətbiq oluna bilər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ administrasiyası yeni süni intellekt modellərinə məcburi nəzarətin tətbiqi imkanını nəzərdən keçirir.
Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Donald Tramp administrasiyası süni intellekt sahəsində nəzarət mexanizmlərinin yaradılması üçün prezident sərəncamı imzalanmasını müzakirə edir. Bu çərçivədə texnologiya şirkətlərinin rəhbərləri və dövlət rəsmilərinin iştirakı ilə xüsusi işçi qrupunun formalaşdırılması planlaşdırılır.
Bildirilir ki, ABŞ-nin bu sahədə Böyük Britaniya modelinə yaxınlaşa biləcəyi ehtimal olunur. Həmin modeldə bir neçə dövlət qurumu süni intellekt modellərini təhlükəsizlik standartlarına uyğunluq baxımından yoxlayır.
Qəzet qeyd edir ki, Vaşinqtonun belə addımı hazırkı administrasiyanın əvvəlki siyasətindən ciddi dönüş kimi qiymətləndirilir. Belə ki, əvvəlcə süni intellektin inkişafına müdaxilə etməyən ABŞ hökuməti sonradan “Anthropic” şirkətinin hazırladığı “Mythos” modelindən sonra mövqeyini dəyişib.
Qeyd olunur ki, bu model kibertəhlükəsizlik sistemlərində zəiflikləri aşkar etmək baxımından yüksək effektivlik nümayiş etdirib və potensial risklər səbəbindən şirkət onu ictimaiyyət üçün açıq etməyib.
#ABŞ teqi istifadə olunub
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
- "İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV
- ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb
