ABŞ-dəki yanğın türkiyəli tanınmışlara da ziyan vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-dəki güclü yanğınlar davam edir.
Los-Anceles şəhərində başlayan meşə yanğını dünyaca tanınmış simaların malikanələrinin olduğu yerə qədər irəliləyib. Bu haqda “Haberler.com” məlumat yayıb.
Beren Saat və Kənan Doğulu cütlüyünün 2018-ci ildə Los-Ancelesdə 1 milyon 200 min dollara aldığı malikanə yanaraq kül olub. Mediada yayılan xəbərlərə görə, cütlük dəymiş ziyanı öyrənmək üçün həmin əraziyə getməyi planlaşdırır.
Qeyd edək ki, sözügedən ərazidə bir çox türkiyəli məşhurlar mülk sahibidirlər.
Siyahıda 2015-ci ildə xanımı Sinem Koballa Los-Ancelesdə ev alan Kənan İmirzalıoğlunun adı var.
Şəhərdə ev sahibi olanlar arasında məşhur aktyor Çağatay Ulusoy da var. 2020-ci ildə Los-Ancelesdə restoran açan Ç.Ulusoyun həmin ərazidən ev də aldığı məlumdur.
Serenay Sarıkaya 2018-ci ildə Kerem Bürsinlə münasibəti zamanı Los-Ancelesdə mənzil alıb. KİV-də yayılan xəbərə görə, həmin evin qiyməti 500 min dollardan çoxdur.
#ABŞ teqi istifadə olunub
- Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV
- Respublikaçılar və demokratlar hərəkətə keçib
- Vaşinqtonda hansı partiyanın namizədi prezident ola biləcək? - Baku TV CANLI
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV
