Pleyeri seçin:

ABŞ-dən İrana cavab gəldi, amma... | Trampın adamının bu hərəkəti şok yaşatdı

03 aprel 2025 311 baxış

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkofun İran xarici işlər naziri Abbas Əraqçinin “X” sosial şəbəkəsindəki paylaşımına verdiyi reaksiyalar müzakirələrə səbəb olub.

İranlı nazir sosial şəbəkədə Tehran və Vaşinqton arasındakı məsəsələlərin diplomatik yolla həll edilə biləcəyini bildirib.

Abbas Əraqçi öz paylaşımında yazıb: “Diplomatik təmaslar keçmişdə effektivliyini sübut edib, hələ də təsirli ola bilər”.

Diplomatik prosesin davam etdirilməsinin mümkünlüyünü vurğulayan bu mesaj Trampın xüsusi elçisindən gözlənilməz cavab alıb. Bu tvitə Uitkoff “möhtəşəm” cavabını verib. Amma Uitkofun şərhini bir neçə saat sonra silməsi də diqqət çəkib.

“Al Arabiya” yazır ki, bu qəfil dəyişiklik bir çox suallar doğurur:

“Əgər Uitkofun cavabı diplomatik variantın təsdiqi idisə, onun sonradan silinməsi nə deməkdir? O, cavabını Vaşinqtonda daxili təzyiqə məruz qaldıqdan sonra silib?

Tramp administrasiyası dəfələrlə İranla diplomatik təmas və hərbi təzyiq arasında tərəddüd edib. Bir tərəfdən də ABŞ Prezidenti İranın ali dini lideri Əli Xameneyiyə yazdığı son məktubunda danışıqların mümkünlüyünü bildirmişdi. Həmçinin o, Tehranın tələblərini yerinə yetirməsə, hərbi variantın masada olacağı ilə bağlı dəfələrlə hədələyib. Bu kontekstdə Uitkofun Əraqçiyə cavabı diplomatiyanın effektivliyini təsdiqləsə də, amma onun silinməsi daha sərt mövqeyə keçiddən xəbər verə bilər. Bu, Trampın İrana qarşı siyasətinin gələcəyi ilə bağlı çoxsaylə suallar doğurur”.

Kopyalandı
Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 311 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 311 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 311 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 311 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 311 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 311 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 311 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 311 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 311 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 311 baxış
Seçilmişlər
icon