ABŞ-dən İranı silkələyən zərbə | Hərbçilər gözlənilməz hücuma keçdi! - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ hərbçiləri pilotsuz uçuş aparatlarının buraxılması üçün istifadə edilən İran gəmisinə zərbə endirdiklərini açıqlayıblar.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, pilotsuz uçuş aparatları üçün nəzərdə tutulmuş və ölçülərinə görə İkinci Dünya müharibəsi dövrünün aviadaşıyıcılarına bənzəyən İran gəmisi zərbə nəticəsində vurulub.
Əlavə edək ki, İranın hava hücumundan müdafiə qüvvələri İsfahan istiqamətində uçan İsrailə məxsus kəşfiyyat pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. Məlumata görə, İran HHM qüvvələri İsrail istehsalı olan “Heron” tipli pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.
Qeyd olunur ki, dron İsfahan şəhərində yerləşən obyektləri hədəfə almışdı. Bundan əlavə, ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1168-ə çatıb. Təşkilat ölənlərin 194-nün uşaq və yeniyetmə olduğunu qeyd edib.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
