ABŞ geri addım atmır | Qrenlandiya masadadır: “Tramp məsələni komandası ilə müzakirə edir” - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın satın alınması imkanları üzrə öz komandası ilə fəal müzakirələr aparır".
Bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Prezident hazırda bu məsələni milli təhlükəsizlik komandası ilə fəal şəkildə müzakirə edir", – deyə o, müvafiq suala cavabında qeyd edib.
Qrenlandiyanın güc yolu ilə ələ keçirilməsi ehtimalı barədə suala cavabında Levitt deyib ki, Tramp heç bir variantı istisna etmir, lakin diplomatiya onun üçün həmişə birinci yerdədir.
Bu arada məlum olub ki, ABŞ dövlət katibi Marko Rubio gələn həftə Danimarka hakimiyyətinin nümayəndələri ilə Qrenlandiya ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün görüşməyi planlaşdırır.
Qeyd edək ki, aparıcı Avropa dövlətlərinin və Kanadanın liderləri Donald Trampın bu ərazini ələ keçirməklə bağlı növbəti təhdidlərindən sonra Qrenlandiyaya dəstək ifadə edərək bildiriblər ki, Arktika adası onun xalqına məxsusdur.
Son günlər Donald Tramp dəfələrlə Qrenlandiya üzərində nəzarət qurmaq istəyini bəyan edib. Tramp adanın ABŞ-nin hərbi strategiyası üçün mühüm əhəmiyyət daşıdığını bildirir və Danimarkanın müdafiə üçün yetərli tədbirlər görmədiyini iddia edir. Dünyanın ən böyük adası sayılan Qrenlandiya NATO-nun müstəqil üzvü deyil, lakin Danimarkanın Qərb alyansındakı üzvlüyü çərçivəsində müdafiə olunur.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
