ABŞ "Hizbullah"ı dəstəkləyənlərə sanksiya tətbiq edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Livanın "Hizbullah" hərəkatına Birləşmiş Ştatların məhdudiyyətlərindən yayınmağa kömək edən fiziki şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yer alan bəyanatda bildirilib.
Məhdudiyyətlər Rusiya vətəndaşı Andrey Borisova, həmçinin bir Livan vətəndaşına qarşı tətbiq edilib. Bundan əlavə, Livan, Panama və Türkiyədə fəaliyyət göstərən dörd fiziki şəxs, eləcə də iki yük gəmisi məhdudiyyətlərə məruz qalıb.
ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib ki, Vaşinqton bu yolla İrana və onun proksi-qüvvələrinə təzyiqi artırmağı planlaşdırır. Sanksiya siyahısına daxil edilənlərin ABŞ-dəki aktivləri dondurulacaq və Amerika vətəndaşlarına, şirkətlərinə siyahıdakı şəxslərlə biznes aparmaq qadağan olunacaq.
Qeyd edək ki, ABŞ-nin Rusiya və İrana qarşı sanksiyaları illərdir ki, davam edir və yüzlərlə iranlı və rusiyalı fiziki şəxs, həmçinin minlərlə şirkət, gəmi və təşkilat bu məhdudiyyətlərə məruz qalıb. Son məlumatlara görə, neft ticarəti və insan haqları pozuntuları ilə bağlı 6 dövlət rəsmisi, bir investor və 14 tanker yeni sanksiya siyahısına əlavə edilib.
#ABŞ teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
