ABŞ-İran danışıqları hansı ölkədə keçiriləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın İranla bağlı mövqeyi ciddi xarakter daşıyır.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İran bir daha yanlış nəticələr çıxarmamalıdır. Ağ Ev rəsmisi vurğulayıb ki, İran məğlubiyyətini qəbul etməlidir, əks halda daha sərt vurulacaq.
O həmçinin ABŞ və İran arasında danışıqların davam etdiyini və məhsuldar keçdiyini, eyni zamanda ABŞ-nin İranla sülhə üstünlük verdiyini bəyan edib.
Onun sözlərinə görə, Donald Tramp münaqişənin sülh yolu ilə həllinə üstünlük verir. “Əlavə insan itkilərinə və dağıntılara ehtiyac yoxdur”, – deyə Livitt qeyd edib.
Bu arada, Donald Tramp administrasiyası müharibədən çıxış yollarını müzakirə etmək üçün bu həftəsonu İranla görüş planlaşdırır və bu görüşdə vitse-prezident Cey Di Vens də iştirak edə bilər.
Məlumata görə, danışıqların vaxtı, yeri və tərkibi müzakirə mövzusu olaraq qalır. Bundan əlavə, Pakistanla yanaşı, Türkiyə də nəzərdən keçirilir və bəzi rəsmilər İslamabadakı mümkün səfərdə təhlükəsizliklə bağlı narahatlıqlarını ifadə edirlər.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
