ABŞ İrana hücumla bağlı hazırlıqlarını artırır?
Yeniliklərdən dərhal xəbərdar olun
Son hadisələr İsrailin ABŞ-nin İrana mümkün hücumuna hazırlıq səviyyəsini artırdığını göstərir.
Bu barədə İsrailin N12 telekanalı mənbələrə istinadla məlumat yayıb.
İsrail rəsmiləri hesab edirlər ki, ABŞ Prezidenti Donald Trampın mayın 18-də verdiyi açıqlamalar onun seçimlərini daha da məhdudlaşdırdığını əks etdirib.
Mənbələrə görə, əgər Tehran müharibənin daimi şəkildə dayandırılması üçün ciddi təkliflər irəli sürməsə, ABŞ Prezidenti sonda hərbi addım atmağa məcbur olacaq.
N12 qeyd edib ki, İsrail istənilən potensial hücum zamanı ABŞ ilə koordinasiyalı şəkildə hərəkət edəcək.
Mayın 18-də İsrail Baş naziri Benyamin Netanyahuın rəhbərliyi ilə keçirilən təhlükəsizlik iclası təxminən beş saat davam edib. İclasda Baş Qərargah rəisi, Hərbi Hava Qüvvələrinin komandanı, hərbi kəşfiyyat rəhbəri, Əməliyyatlar İdarəsinin rəisi və digər yüksəkvəzifəli müdafiə rəsmiləri iştirak ediblər. İclas ABŞ-nin mümkün hücumu ilə bağlı tam hazırlığın təmin edilməsinə həsr olunub.
Kanal əlavə edib ki, Netanyahu çərşənbə gününə planlaşdırılmış məhkəmə ifadəsini prokurorluğun etirazı olmadan ləğv edib.
İsrail Prezidenti İsxaq Hersoq da Nyu-Yorkda iştirak edəcəyi tədbirin təşkilatçılarına Yaxın Şərqdəki həssas vəziyyət səbəbindən qatılmayacağını bildirib.
“Axios”un verdiyi məlumata əsasən, hücumların dayandırıldığı elan olunsa da, mayın 18-də gec saatlarda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşavirləri ona İrana qarşı mümkün hücumla bağlı müxtəlif variantları təqdim ediblər.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
