ABŞ İrana qarşı əməliyyatlarda 42 uçuş aparatını itirib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İrana qarşı hərbi əməliyyatlar zamanı qırıcı təyyarələr, dronlar, yanacadoldurma təyyarələri və xüsusi təyinatlı təyyarələr də daxil olmaqla 42 uçuş aparatı itirib.
Bu məlumat ABŞ Konqresinin Tədqiqat Xidmətinin hesabatında yer alıb.
Ən əhəmiyyətli itkilər "MQ-9A Reaper" hücum dronları olub. Onlardan 24-ü məhv edilib. "MQ-9A" kəşfiyyat və zərbə missiyaları üçün geniş istifadə olunur. Hər bir pilotsuz təyyarənin qiyməti 56 milyon dollardan çoxdur.
ABŞ Hərbi Dəniz Qüvvələrinin bir kəşfiyyat dronu Fars körfəzində naməlum səbəbdən qəzaya uğrayıb. Üç ədəd "F-15E" qırıcısı səhvən, daha biri isə İran üzərində vurulub.
Bundan əlavə, bir ədəd "F-35A" qırıcısı da zədələnib və daha bir ədəd "A-10" hücum təyyarəsi itirilib. Bir ədəd uzaq mənzilli radar aşkarlama və idarəetmə təyyarəsi İranın zərbəsi nəticəsində yerdə məhv edilib.
Hərbi kampaniya zamanı yeddi ədəd yanacaqdoldurma təyyarəsi ciddi şəkildə zədələnib, onlardan biri qəzaya uğrayıb, altı heyət üzvü həlak olub.
Hesabatda həmçinin iki ədəd xüsusi əməliyyat təyyarəsinin yerdə məhv edildiyi və bir ədəd helikopterin atəş nəticəsində zədələndiyi bildirilir.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
