ABŞ İrana qarşı hansı məxfi planı işə salacaq? - Tehranın son cavabı... - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ ilə dialoq kapitulyasiya demək deyil”.
Bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.
"İran İslam Respublikası dialoqa ləyaqətlə, nüfuzla və millətin hüquqlarını qoruyaraq daxil olur və heç bir halda öz xalqının, ölkəsinin qanuni hüquqlarından geri çəkilməyəcək", – deyə o bildirib.
Pezeşkian həmçinin hökumətin xalqa var gücü ilə xidmət edəcəyini və İranın maraqlarını qoruyacaqlarını qeyd edib.
ABŞ Prezidenti Donald Tramp isə İranla mümkün sülh danışıqları çərçivəsində güzəştə getməyə hazır olmadığını açıqlayıb. O, Tehranın yeni cavabından sonra Vaşinqtonun mövqeyinin dəyişmədiyini bildirib.
Tramp həmçinin İranın uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiqi ilə bağlı suala cavab olaraq hazırda heç nəyə açıq olmadığını deyib.
ABŞ lideri Vaşinqtonun Tehrana qarşı yeni addımlar ata biləcəyinə də işarə edib, lakin o, detalları açıqlamayıb.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
