Pleyeri seçin:

ABŞ lideri Qüds və bütün Fələstinin Patriarxı ilə görüşdü | Nələr müzakirə edildi?

06 iyun 2026 234 baxış

ABŞ Prezidenti Donald Tramp Qüds Pravoslav Kilsəsinin ən yüksək mükafatlarından biri hesab edilən Müqəddəs Qəbir Cəngavərləri Ordeninin Böyük Xaçı ilə təltif olunub.

Mükafatı Trampa Vaşinqtona səfər edən Qüds və bütün Fələstinin Patriarxı III Feofil şəxsən təqdim edib.

Qüds Pravoslav Kilsəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu mükafat Qüdsdə yerləşən Müqəddəs Qəbir Kilsəsi ilə bağlı dərin mənəvi əhəmiyyət daşıyır və Qüds Yunan Pravoslav Patriarxlığının ən ali təltiflərindən biridir.

Görüş zamanı Patriarx III Feofil Trampın diqqətini Müqəddəs Torpaqlardakı xristian icmasının üzləşdiyi çətinliklərə yönəldib.

Tərəflər bölgədə xristian varlığının qorunması və dini müqəddəs məkanların mühafizəsi məsələlərini müzakirə ediblər.

Patriarxlığın açıqlamasına görə, söhbət zamanı həm müsəlmanların, həm də xristianların ibadət yerlərinə çıxış imkanlarını məhdudlaşdıran problemlər də gündəmə gətirilib. Xüsusilə İsrail hakimiyyətinin son dövrlərdə Qüdsdə tətbiq etdiyi məhdudiyyətlərin Əl-Əqsa məscidinə və Müqəddəs Qəbir Kilsəsinə zəvvarların girişini çətinləşdirdiyi qeyd olunub.

Tərəflər həmçinin dini etiqad azadlığının qorunması, ibadət hüququnun təmin edilməsi və bütün dini icmalar üçün müqəddəs məkanların toxunulmazlığının saxlanılması məsələlərini müzakirə ediblər.

Kopyalandı
Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 234 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 234 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 234 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 234 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 234 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 234 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 234 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 234 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 234 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 234 baxış
Seçilmişlər
icon