ABŞ-nin İrana qarşı əməliyyatının dəyəri açıqlandı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin İrana qarşı keçirdiyi hərbi əməliyyatın ümumi dəyəri təxminən 30 milyard dollar təşkil edib.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin direktoru Rassel Vout məlumat verib.
O, bəzi məlumatlarda əməliyyatın dəyərinin 100 milyard dolları keçdiyinin iddia edilməsinə münasibət bildirərək, Müdafiə Nazirliyindən aldıqları hesablamalara əsasən xərclərin təxminən 30 milyard dollar olduğunu deyib.
Bu arada, Fars körfəzi ölkələri və ABŞ "Hizbullah"ın maliyyə şəbəkəsinə sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 5 təşkilat və 16 fiziki şəxs, o cümlədən hərəkatın iki ən böyük maliyyə strukturu – Al-Qard Al-Hassan və Bayt al-Mal, eləcə də onların rəhbərləri sanksiyalara məruz qalıb.
Bəyanatda qeyd olunub ki, əlaqələndirilmiş tədbirlər mərkəzin iştirakçı ölkələrinin "Hizbullah"ın beynəlxalq maliyyə sistemindən istifadə imkanlarını məhdudlaşdırmaq sadiqliyini təsdiqləyir.
Mərkəzin qiymətləndirməsinə görə, sanksiya siyahısına daxil edilən şəxs və təşkilatların fəaliyyəti regional sabitliyə, beynəlxalq təhlükəsizliyə və dünya ticarətinə təhlükə yaradır.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
