ABŞ-nin İrana qarşı iqtisadi təzyiqi nə zaman yekunlaşacaq? - Baku TV
"Donald Tramp İran rəhbərliyinin ABŞ-nin təkliflərinə vahid cavab verməsini gözləyir".
Bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ Prezidenti Donald Trampın İranla bağlı mövqeyi barədə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Prezident hərbi əməliyyatlara dair atəşkəsin uzadılmasına baxmayaraq, İrana qarşı iqtisadi təzyiq siyasətindən geri çəkilməyib.
Ağ Ev rəsmisi qeyd edib ki, hazırda atəşkəs qüvvədə qalsa da, ABŞ-nin tətbiq etdiyi genişmiqyaslı iqtisadi tədbirlər, o cümlədən dəniz blokadası davam edir. O həmçinin bu tədbirlərin İran iqtisadiyyatına ciddi təsir göstərdiyini vurğulayıb.
Livitt eyni zamanda İran daxilində fikir ayrılıqlarının olduğunu iddia edərək, bunu ABŞ-nin həyata keçirdiyi siyasətin effektivliyinin göstəricisi kimi qiymətləndirib.
Bu arada, ABŞ Ordusu Hörmüz boğazındakı minaların tamamilə təmizlənməsinin altı aya qədər vaxt apara biləcəyini bildirib. Məlumata görə, hərbi əməliyyatlar bitənə qədər boğazın sularını təmizləmək üçün hər hansı bir tədbir görülməyəcək.
Həmçinin münaqişənin mənfi nəticələrinin 2026-cı ilin sonuna qədər qlobal iqtisadiyyata təsir göstərməyə davam edəcəyi ehtimal edilir.
#Donald Tramp teqi istifadə olunub
- Rezaidən Tramp və ərəb ölkələri barədə sərt açıqlama
- Tramp Zelenskidən Rusiyaya zərbələri dayandırmağı tələb edib
- Trampın razılıq verdiyi hərbi kompleks planı maraq doğurur
- ABŞ Prezidenti BMT qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşı rəsmi mövqeyini açıqladı - Baku TV
- Zelenski və Trampın Nyu-Yorkda görüşməsi ilə bağlı razılıq əldə edilib - Baku TV
