ABŞ-nin nazir və qubernatoru görün necə aldadıldı | Səs yazılar və mesajlar...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də tragikomik hadisə baş verib.
Belə ki, naməlum şəxs süni intellekt tərəfindən yaradılan səs və mətnlərdən istifadə edərək özünü ABŞ dövlət katibi Marko Rubio kimi təqdim edib.
Yerli medianın məlumatına görə, sözügedən şəxs bu yolla nüfuzlu dövlət məmurlarını aldadaraq, bir sıra məlumat və ya hesablara çıxış əldə etməyə nail olub.
Fırıldaqçı 3 xarici işlər naziri, bir qubernator və Konqres üzvü ilə əlaqə saxlaya bilib.
Qeyd edək ki, hadisə iyun ayında baş verib. "Signal" mesajlaşma platforması ilə göndərilən mesajlarda səs yazılarından da istifadə edilib.
ABŞ Dövlət Departamentindən bildirilib ki, rəsmilər bu kampaniyada Rusiya Xarici Kəşfiyyat Xidməti ilə əlaqəli bir kiber aktyorun əli olduğunu düşünürlər.
#ABŞ teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
