ABŞ-nin Rusiya bazarı ilə bağlı məqsədi | Ağ Ev sanksiyaları daha da yüksəldir, yoxsa...?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, konqres Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini qəbul etməlidir.
Bunu respublikaçı senator Lindsi Qrem "ABC News"a müsahibəsində deyib.
L.Qrem Senatın iyulda Rusiyaya qarşı yeni sanksiyalara dair qanun layihəsinə baxacağını gözləyir. Layihə Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikincidərəcəli sanksiyaları nəzərdə tutur. Senatorların təklifi qəbul olunsa, Rusiyadan neft, qaz, uran və digər məhsulları alan ölkələr ABŞ-nin 500 % idxal rüsumu ilə üzləşəcək.
Ağ Evin ilk məqsədi beynəlxalq enerji bazarında Rusiyanın rolunu zəiflətməkdir. Rusiya Ukraynadakı münaqişədən əvvəl ABŞ başda olmaqla bir çox ölkəyə neft-qaz, uran və başqa məhsullar satırdı. Lakin müharibədən sonra Rusiyanın ixrac qabiliyyəti xeyli məhdudlaşıb.
Amerika bu bazarı tamamilə sıradan çıxarmaq istəyir. Vaşinqton Rusiyanın enerji bazarındakı yerini digər tərəfdaşlarla doldurmağa çalışacaq.
Sanksiya paketinin digər bir vacib tərəfi isə şübhəsiz ki, Rusiya iqtisadiyyatına ciddi zərbə vurmaqdır. Bu ölkənin iqtisadiyyatı, xüsusilə bank sektorunda böhran yaşanır.
D.Tramp Rusiyanın Çin və Hindistan kimi müttəfiqlərinə də yüksək rüsum tətbiq etmək niyyətindədir. Bu, digər ölkələri Rusiya ilə əməkdaşlıqdan çəkindirmək siyasətidir.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
