Pleyeri seçin:

ABŞ-nin Rusiya ilə münasibətlərinin kəskinləşməsinə səbəb olan proseslər

09 yanvar 2026 387 baxış

ABŞ Prezidenti Donald Tramp “Rusiya ilə strateji sabitliyə” can atdığını bəyan etsə də, praktikada onun addımları Moskva ilə münasibətlərin kəskinləşməsinə gətirib çıxarır.

Bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr yazıb ki, bunun ən bariz nümunəsi ABŞ hərbçilərinin Şimali Atlantikdə Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirməsidir. Bu hadisə Trampın ikinci müddəti dövründə Rusiyaya qarşı həyata keçirilmiş ən təxribatçı əməliyyatlardan biri hesab olunur.

Vaşinqtonda rəsmi olaraq bildirilib ki, bu addım Venesuela neftinin ixracına tətbiq edilən sanksiyalar çərçivəsində atılıb və gəmi “dövlətsiz” elan edilib. Moskvada isə bunu açıq-aşkar təhqir kimi qəbul ediblər. Rusiyalı deputatı Leonid Slutski insidenti “XXI əsrin quldurluğu” adlandırıb.

Nəşrin qeyd etdiyinə görə, Tramp bir-biri ilə uzlaşmayan iki xətti birləşdirməyə çalışır: Vladimir Putinlə şəxsi razılaşmalar və ABŞ-nin qlobal hərbi üstünlüyünün nümayişi.

Kennan İnstitutunun direktoru Maykl Kimmec deyib: “Görünür, o, Putin üçün problemləri həll etməkdən daha çox onları artırır”.

Kremllə danışıqlara baxmayaraq, Tramp Ukrayna məsələsində güzəştə getməyib: ABŞ Kiyevlə kəşfiyyat məlumatlarını bölüşməyə davam edir, Avropa isə ABŞ-Avropa ziddiyyətləri fonunda öz müdafiə xərclərini daha da artırır ki, bu da Moskva üçün mənfi siqnaldır.

Vaşinqtonun Qərb yarımkürəsindəki xətti xüsusilə sərt olaraq qalır. ABŞ Venesuelada Rusiya təsirinə açıq şəkildə qarşı çıxır, ölkə hakimiyyətinə təzyiq göstərir və sanksiya altındakı dövlətlərin neft satmaq üçün istifadə etdiyi kölgə donanmasına zərbələr endirir. Rusiya bayrağı ilə üzən tankerin ələ keçirilməsi bu strategiyanın simvoluna çevrilib.

Kremlin reaksiyası təmkinli olub, Putindən hədə və kəskin bəyanatlar səslənməyib.

Analitiklər hesab edirlər ki, Moskva Ukrayna ilə bağlı Trampla potensial razılaşma imkanlarını bağlamamaq üçün gərginliyi şüurlu şəkildə azaldır. Bununla yanaşı, bu insident Rusiyanın vəziyyətə güc yolu ilə təsir göstərmək imkanlarının məhdud olduğunu da üzə çıxarıb.

“Rusiya ancaq məcburetmə metodlarına arxalana bilməz. Ola bilsin, Tramp bunu göstərir”, – Kimmec vurğulayıb.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 387 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 387 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 387 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 387 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 387 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 387 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 387 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 387 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 387 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 387 baxış
Seçilmişlər
icon