ABŞ Prezidenti: "İran razılaşmaya getməsə, hərbi əməliyyatlar davam edəcək"
Yeniliklərdən dərhal xəbərdar olun
İran Cənubi Koreyanın yük gəmisi də daxil olmaqla, “Azadlıq Layihəsi” ilə əlaqəsi olmayan ölkələrə bir neçə dəfə hücum edib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
O, Cənubi Koreyanı da bu missiyaya qoşulmağa dəvət edib.
“Biz yeddi kiçik və ya onların dediyi kimi, sürətli qayığı vurduq. Cənubi Koreya gəmisindən başqa hazırda boğazdan keçən heç bir gəmiyə ziyan dəyməyib”, – deyə Tramp əlavə edib.
Ağ Ev lideri həmçinin İran hərbçilərinin gəmiləri Hörmüz boğazından keçən ABŞ gəmilərinə hücum etdikləri təqdirdə, İslam Respublikasının yer üzündən silinəcəyini bildirib.
"Ya İran bizimlə xoşniyyətli razılaşmaya gedəcək, ya da hərbi əməliyyatlar davam edəcək", – deyə Tramp qeyd edib.
Bununla yanaşı, o əlavə edib ki, Tehran danışıqlarda əvvəlkinə nisbətən daha çox güzəştə gedir.
Vaşinqton administrasiyasının rəhbəri həmçinin vurğulayıb ki, ABŞ regionda hərbi iştirakını artırmağa davam edir.
"Bizim əvvəlkinə nisbətən qat-qat yüksək keyfiyyətli çoxsayda silah və sursatımız var", – deyə Tramp bildirib və əlavə edib ki, ABŞ Ordusu ən yaxşı avadanlıqlara sahibdir.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
