Pleyeri seçin:
ABŞ Qəzzaya növbəti dəfə yardım etdi
ABŞ Qəzza zolağına havadan yardım göndərməkdə davam edir.
ABŞ Mərkəzi Komandanlığından verilən məlumata görə, humanitar yardım yerli vaxtla saat 14.18-də havadan Qəzza zolağının şimalına atılıb.
Məlumatda humanitar yardım materiallarının havadan çatdırılması üzrə ixtisaslaşmış ABŞ əsgərlərinin birgə əməliyyatda iştirak etdiyi bildirilib:
"ABŞ Hərbi Hava Qüvvələrinə aid “C-130” təyyarələri 41 min 400-dən çox qida maddəsi və 23 min şüşə içkini havadan Qəzza zolağının şimalına ataraq vətəndaşların kritik yardıma çıxışını təmin etdi. Bu hava tədarükü uzunmüddətli səylərin bir hissəsidir və biz hava tədarüklərini davam etdirməyi planlaşdırırıq”.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV
- Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV
- Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM
- Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib
- İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?
