Pleyeri seçin:

ABŞ, Rusiya və Çin liderlərinin görüşü baş tuta bilər | Vaşinqton hansı addımı atır? - Baku TV

20 oktyabr 2026 26 baxış

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə nüvə tərksilahı məsələlərini müzakirə etmək üçün üçtərəfli görüş keçirməyə hazır olduğunu bildirib.

Amerika lideri bu barədə Ağ Evin "Cənub Çəmənliyi"ndə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Belə bir görüşün keçirilməsi ehtimalı ilə bağlı suala cavab verən Tramp hələlik heç bir razılaşmanın olmadığını, lakin bu təşəbbüsü nəzərdən keçirməyə hazır olduğunu deyib.

"Xeyr, amma bunu edərdim", – deyə ABŞ Prezidenti bildirib.

Onun sözlərinə görə, mümkün danışıqların əsas mövzusu nüvə silahları və nüvəsizləşdirmə məsələləri olacaq.

"Biz nüvə silahları və nüvəsizləşdirmə barədə danışmaq üçün görüş keçirərdik", – deyə Tramp əlavə edib.

ABŞ Prezidenti həmçinin Asiyaya planlaşdırılan səfəri çərçivəsində Şimali Koreya lideri ilə görüşüb-görüşməyəcəyi barədə sualı da cavablandırıb.

"Bu barədə heç nə bilmirəm. Kim Çen Inla münasibətlərim çox yaxşıdır. Onunla çox yaxşı yola gedirəm. Hər hansı tərəfin görüş keçirilməsini istəyib-istəmədiyinə əmin deyiləm", – deyə Tramp sözlərinə əlavə edib.

Banner
Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı

Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı

Dünya
20 oktyabr 2026 26 baxış
Şimali Koreya liderinin komaya düşdüyü barədə yeni məlumatlar yayılıb

Şimali Koreya liderinin komaya düşdüyü barədə yeni məlumatlar yayılıb

Dünya
20 oktyabr 2026 26 baxış
Nüvə silahları tam ləğv edilə bilər? | Tramp Ağ Evdən dünyaya kritik mesaj verdi - Baku TV CANLI

Nüvə silahları tam ləğv edilə bilər? | Tramp Ağ Evdən dünyaya kritik mesaj verdi - Baku TV CANLI

Dünya
20 oktyabr 2026 26 baxış
Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi

Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi

Dünya
20 oktyabr 2026 26 baxış
Karbon qazı buğdada zülalı azaldaraq çörəyin keyfiyyətinə və həcminə birbaşa təsir edir

Karbon qazı buğdada zülalı azaldaraq çörəyin keyfiyyətinə və həcminə birbaşa təsir edir

Dünya
20 oktyabr 2026 26 baxış
Şəhər əhalisinin yarısından çoxunu yaşlı nəsil təşkil edəcək

Şəhər əhalisinin yarısından çoxunu yaşlı nəsil təşkil edəcək

Dünya
20 oktyabr 2026 26 baxış
SEPAH xəbərdarlıq etdi: Hörmüzdə kabellər kəsilərsə, nə baş verəcək? - Baku TV CANLI

SEPAH xəbərdarlıq etdi: Hörmüzdə kabellər kəsilərsə, nə baş verəcək? - Baku TV CANLI

Dünya
20 oktyabr 2026 26 baxış
Şəhərlərdə komendant saatı tətbiq edilir

Şəhərlərdə komendant saatı tətbiq edilir

Dünya
19 oktyabr 2026 26 baxış
Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV

Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV

Dünya
19 oktyabr 2026 26 baxış
Kubanın sabiq lideri bir sıra qətllərdə ittiham edilir

Kubanın sabiq lideri bir sıra qətllərdə ittiham edilir

Dünya
19 oktyabr 2026 26 baxış
Seçilmişlər
icon