Pleyeri seçin:
ABŞ səfirliyinin ərazisi mühasirəyə alındı | Livan Ordusu hərəkətə keçdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Livandakı səfirliyinə silahlı hücum olub. Bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, Beyrut şəhərinin Avkar qəsəbəsində yerləşən ABŞ səfirliyinin binası avtomat silahlardan atəşə tutulub.
“Naməlum şəxs diplomatik korpusun ərazisində atəş açıb, mühafizəçilərdən birini yaralayıb. Hücum edən şəxs də yaralanıb, o, Livan hərbçiləri tərəfindən saxlanılıb”, – deyə mənbə qeyd edib.
Məlumata görə, atəş açan suriyalı olub. Səfirlikdən bildirilib ki, obyektlərə və diplomatik heyətə ziyan dəyməyib. Hazırda ərazi ordu tərəfindən mühasirəyə alınıb və araşdırmalara başlanılıb.
Kopyalandı
#ABŞ səfirliyi teqi istifadə olunub
- Venesuelada azad seçkilər tələbi ilə nümayiş keçirildi
- Emi Karlondan ABŞ-Azərbaycan əməkdaşlığı ilə bağlı paylaşım - Baku TV
- İraqdakı ABŞ universitetlərinə hücumlar gözlənilir? - Baku TV CANLI
- Trampdan sərt açıqlama | ABŞ cavab olaraq nə edəcək? - Baku TV
- "Türkiyə olmasaydı, Qəzzada atəşkəs olmazdı" | Xəzər dənizindən Aralıq dənizinədək əməkdaşlıq
