ABŞ Tehrana qarşı kompromisə getmək niyyətində deyil
Yeniliklərdən dərhal xəbərdar olun
“Axios” portalının tanınmış jurnalisti Barak Ravid ABŞ-nin yüksəkrütbəli rəsmilərinə istinadən Vaşinqton-Tehran xəttində yaranmış yeni maliyyə gərginliyi barədə mühüm məlumat yayıb.
Amerikanın yüksəkvəzifəli rəsmisi İran tərəfinin “Tehran heç bir şərt olmadan, 60 günlük danışıqlar başlamazdan əvvəl dondurulmuş aktivlərdən 12 milyard dollar əldə edəcək” bəyanatını qəti şəkildə təkzib edib və bu iddianı “faktların təhrif olunması” adlandırıb.
Amerikalı diplomat mövcud razılaşmanın əsas şərtlərini tam çılpaqlığı ilə ortaya qoyaraq bildirib ki, yayılan məlumatlar tamamilə reallıqdan uzaqdır. Onun sözlərinə görə, bu tarixi saziş sırf “öhdəliklərin icrası müqabilində fayda” prinsipinə əsaslanır.
Ağ Ev rəsmisi İran hökumətinə xəbərdarlıq edərək vurğulayıb ki, Tehran üzərinə götürdüyü bütün öhdəlikləri tam və qüsursuz şəkildə yerinə yetirməyənə qədər dondurulmuş hesablardakı heç bir vəsait sərbəst buraxılmayacaq və İrana heç bir maliyyə qaynağı ötürülməyəcək.
Bu sərt bəyanat ABŞ-nin yeni saziş çərçivəsində Tehrana qarşı kompromisə getmək niyyətində olmadığını və hər addımı ciddi şəkildə yoxlayacağını bir daha sübut edir.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
