ABŞ Ukraynanı tək qoydu: ABŞ-dən Zelenskiyə xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin müdafiə naziri Lloyd Ostin və Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə növbəti dəfə görüşüb.
Pentaqon rəhbəri bildirib ki, ABŞ-nin Ukrayna Silahlı Qüvvələri üçün “sehirli çubuğ”u yoxdur. Odur ki, “rəsmi Kiyev uzun və yorucu döyüşə hazır olmalıdır”, – deyə xəbərdarlıq edib.
“Sehirli çubuq” rolu oynaya biləcək heç bir silahımız yoxdur. Bundan sonrakı hadisələr artıq sizin verilmiş silahlardan necə istifadə edə biləcəyinizdən aslıdır. Bu, çətin, yorucu mübarizədir və çox güman ki, bir müddət də belə davam edəcək”, – deyə Pentaqon rəhbəri qeyd edib.
Volodimir Zelenski Ukraynanın döyüş meydanında mövqeyini gücləndirəcəyi gözlənilən Ramşteyn formatında növbəti görüş ərəfəsində ABŞ nümayəndə heyətinin səfərinin əhəmiyyətini xüsusi ilə qeyd edərək Ukrayna Müdafiə Qüvvələrinin strateji məqsədləri və prioritet ehtiyacları barədə Pentaqon rəsmilərinə məlumat verib.
Qeyd edək ki, bundan əvvəl KİV ABŞ-nin Kiyevə 100 milyon dollarlıq yeni yardım paketi ayırması barədə də məlumat dərc edib.
#ABŞ teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
