Pleyeri seçin:
ABŞ və Çinin strateji rəqabəti Cənub-Şərqi Asiyada daha da dərinləşir - Baku TV
Çin Cənub-Şərqi Asiyada yeni hərbi mövcudluq sistemi qurur.
“Reuters”in yaydığı peyk görüntüləri Çinin Laosdakı kənd təsərrüfatı torpaqlarında yeni bir hərbi obyekt qurduğunu göstərir. Analitiklər hesab edirlər ki, yeni mərkəz Pekinin Cənub-Şərqi Asiyadakı mövcudluğunu gücləndirə bilər.
29 sentyabrda Çin Müdafiə Nazirliyi Laosun paytaxtı Vyentyandan təxminən 50 kilometr şimalda yerləşən Ban Keun Hava Limanında Çin-Laos Birgə Dəstək və Təlim Mərkəzinin və Çin-Laos Dostluq Aviasiya Akademiyasının açılışını elan edib. Bu məqamda ABŞ-nin də Cənub-Şərqi Asiyada hərbi varlığını unutmaq olmaz. Həmçinin Tayvanda da ABŞ-nin hərbi varlığı mövcuddur.
Bu amillər Şərqi Asiyada iki böyük gücün – Çin və ABŞ-nin üz-üzə gəlməsinə gətirib çıxara bilərmi?
Kopyalandı
#Çin teqi istifadə olunub
- Çin şirkəti iki süni intellekt modelində yaranan problemi araşdırmağa başlayıb
- ABŞ və Çin arasındakı mübarizə dünyanı hansı istiqamətə aparır? - YEKUNLAŞDIRAQ
- Hər gün problemlə üzləşdiyi piyada yolunda dəyişikliklər edildi
- Tədbirə 10 mindən çox insan qatılıb
- Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb
