Pleyeri seçin:
ABŞ və İran arasında döyüş əməliyyatları yenidən başlayacaq?
Pentaqon İranla atəşkəs pozulacağı halda hərbi əməliyyatın adını dəyişməyi nəzərdən keçirir.
"NBC News" telekanalı ABŞ-nin İrana qarşı başladığı “Epik qəzəb” əməliyyatının “Küldəng” adı ilə əvəz edilə biləcəyini bildirib.
Məlumata görə, Vaşinqton administrasiyası döyüş əməliyyatlarının yenidən başlaması ehtimalını ciddi şəkildə nəzərdən keçirir.
Ağ Ev hesab edir ki, əməliyyatın adının dəyişdirilməsi Konqresin nəzərdə tutduğu 60 günlük müddətin yenidən hesablanmasına imkan verə bilər. Həmin müddətdən sonra prezidentin hərbi əməliyyatları davam etdirmək üçün qanunvericilərin təsdiqini alması tələb olunur.
Kopyalandı
#Pentaqon teqi istifadə olunub
