ABŞ və İran yeni müharibəyə hazırlaşır?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp hər an İrana qarşı hərbi əməliyyatların bərpası əmrini verə bilər.
Bu barədə rəsmi mənbələrə istinadla “The New York Times” məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Donald Trampın ictimai açıqlamaları diqqəti yayındırmaq üçün manevr ola, hər an yeni hücum əmri verə bilər.
Nəşr İranın da yeni müharibəyə hazırlaşdığını yazıb. NYT qeyd edib ki, İran son bir ayda atəşkəsdən istifadə edərək müharibə zamanı bombardman edilmiş onlarla ballistik raket obyektini bərpa edib, həmçinin mobil raket buraxılış qurğuları yerləşdirib.
Sitat gətirilən amerikalı hərbi rəsmiyə görə, İranın hərbi mütəxəssisləri müharibə yenidən başlayacağı təqdirdə onların qarşısını almaq məqsədilə ABŞ qırıcı və bombardmançı təyyarələrini öyrənirlər.
Nəşrə danışan bir ekspert deyib ki, İran qısa, amma yüksək intensivlikli müharibəyə hazırlaşır. Onun fikrincə, mümkün müharibədə gündə onlarla, hətta yüzlərlə raket atılması gözlənilir və körfəz ölkələri enerji infrastrukturuna, neft emalı zavodlarına və limanlarına genişmiqyaslı hücuma hazırlaşmalıdır. Başqa bir seçim isə Bab əl-Məndəb boğazını husilər vasitəsilə bağlamaqdır.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
