ABŞ və Türkiyənin Suriyada ortaq maraqları | Yeni mərhələ başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brus Vaşinqtonda keçirilən Türkiyə-ABŞ Suriya İşçi Qrupu toplantısı ilə bağlı yazılı açıqlama verib.
“Hurriyet” xəbər verir ki, Suriya ilə bağlı keçirilən toplantıda ABŞ-ni dövlət katibinin müavini Kristofer Landau, Türkiyəni isə xarici işlər nazirinin müavini Nuh Yılmaz təmsil edib.
K.Landau ABŞ və Türkiyə arasındakı güclü ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və iki ölkənin sülh, ticarət kimi ortaq məqsədlər üzrə əməkdaşlığı genişləndirdiyini vurğulayıb.
Görüşdə Prezident Donald Trampın göstərişi ilə tətbiq olunan sanksiyaların ləğv edilməsi, terrorizmin bütün formaları, eləcə də təzahürləri ilə mübarizə də daxil olmaqla, Suriyaya dair ortaq prioritetləri müzakirə olunub.
T.Brus bildirib ki, tərəflər Prezident Trampın Suriyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı göstərişinin həyata keçirilməsinin vacibliyini müzakirə ediblər, həmçinin vahid Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıblar.
Suriya İşçi Qrupu ilə bağlı Türkiyə-ABŞ Birgə Bəyanatında “Türkiyə və ABŞ barış içində olan sabit Suriya vizyonunu dəstəkləyir” ifadəsi yer alıb.
#ABŞ teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
