Pleyeri seçin:
ABŞ yenidən İrana zərbələr endirəcək?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ İrana qarşı zərbələrin bərpasını istisna etmir, lakin iqtisadi təzyiqi Tehrana təsir edən ən effektiv vasitə hesab edir".
Bunu ABŞ-nin müharibə naziri Pit Heqset deyib.
Viskonsin ştatının Oşkoş şəhərində jurnalistlər qarşısında çıxış edən Heqset ABŞ-nin İrana hücumlarının fasilədə olmadığını söyləyib.
"Zərbələrə ehtiyacımız olsa, onları endirəcəyik. Əgər İran o dərəcədə səhv edib, öz imkanlarını yenidən qiymətləndirsə və ya ABŞ Silahlı Qüvvələri ilə toqquşsa, biz lazım olanı edəcəyik", – deyə nazir bildirib.
Onun sözlərinə görə, hazırda İrana ən çox ziyan vuran iqtisadi təzyiqdir. Heqset qeyd edib ki, ABŞ Hörmüz boğazında və İran ətrafında hədəflərə zərbə vurmaq imkanından imtina etmir.
Kopyalandı
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
