Pleyeri seçin:
Açıqlamalar toqquşdu | Putin və Ərdoğan görüşü təxirə salındı?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinin fevralın 12-də Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb.
Bu barədə TASS İnformasiya Agentliyinə Türkiyədəki diplomatik mənbə təfərrüatları açıqlamadan məlumat verib.
“Səfər təxirə salınıb. Təfərrüatlar hələlik məlum deyil”, – agentliyin həmsöhbəti bildirib.
Daha əvvəl “Hürriyet” qəzetinin jurnalisti və “CNN Türk” televiziyasının köşə yazarı Hande Fırat səfərin ləğv olunduğunu açıqlamışdı.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə TASS-a bildirib ki, Rusiya və Türkiyə prezidentləri arasında təmas üçün hazırlıqlar davam edir, tarixlər razılaşdırılacaq:
“Xeyr. Mən səfərin təxirə salındığını təsdiqləyə bilmərəm. Tarixlər açıqlanmayıb”.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
