Ağ Ev rəsmisindən İranla bağlı açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İrana qarşı heç bir hərəkət variantını istisna etmir.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə vurğulayıb.
“Donald Tramp İrandakı vəziyyəti yaxından izləməyə, eyni zamanda bütün variantları nəzərdən keçirməyə davam edir. Həqiqət budur ki, yalnız o nə edəcəyini bilir və çox, çox kiçik müşavir qrupu onun bu barədə düşüncələrini bilir”, – deyə mətbuat katibi Vaşinqtonun Tehrana qarşı mümkün hərbi güc tətbiqi ilə bağlı suala cavab olaraq bildirib.
Onun sözlərinə görə, Tramp İrandakı vəziyyəti yaxından izləməyə davam edir.
“Yanvarın 14-də biz qətllərin və edamların dayandırılacağını öyrəndik. Gördüyümüz kimi, nəticədə 800 insanın həyatı xilas edilib”, – deyə Ağ Evin mətbuat katibi əlavə edib.
Bu arada, düz bir həftə əvvəl İran rəqəmsal qaranlığa bürünüb, çünki hökumət xalqı internetsiz qoyub. Bu barədə “NetBlocks” qlobal internet monitorinq təşkilatının məlumatında qeyd olunub.
Bildirilib ki, İran hökumətinin məqsədi təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq metodunu dünya ictimaiyyətindən gizlətməkdir.
Qeyd edək ki, İranda etirazların zorakılıqla yatırılmasına dair görüntülər yayılıb. Bununla yanaşı, polislə toqquşmalarda hər iki tərəfdən ölən və yaralananların olduğu bildirilsə də, dəqiq say açıqlanmır.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
