Pleyeri seçin:

Ağ Evdəki görüşdən sonra sensasiya yaradacaq məsələ | ABŞ nüfuzunu itirdi?

06 mart 2025 452 baxış

Ağ Evdə ABŞ və Ukrayna prezidentlərinin məlum görüşündən sonra Vaşinqtonun qlobal tərəfdaş nüfuzu müzakirələrə səbəb olub. Bir çox ekspert və siyasətçilər ABŞ-yə güvənmək məsələsində tərəddüd edirlər. Hətta Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian “Vaşinqtonun müttəfiqi olmaq həyat üçün təhlükəlidir” ifadəsini işlətməkdən çəkinməyib.

Bu barədə fikirlərini Axar.az-a bildirən gürcü politoloqu Gela Vasadze hesab edir ki, siyasətdə hər bir dövlətin öz marağı var.

“Müttəfiqlərin ABŞ-yə münasibəti çətin ki, köklü şəkildə dəyişsin. Çünki bizim dünyamızda bütün tərəfdaşlar etibarsızdır və heç kimə güvənmək olmaz. Böyük siyasətlə məşğul olanlar bunu yaxşı bilirlər. Sadəcə, hər kəs öz maraqlarından çıxış edir”, – o bildirib.

Vasadze Tramp dönəmində NATO-nun dağılması ehtimalını da real hesab etmir:

“ABŞ-nin tərəfdaşları ilə hazırkı münasibəti nə NATO-nun dağılmasına səbəb olacaq, nə də ABŞ Alyansdan imtina edəcək. Trampın məqsədi Avropanı daha çox pul xərcləməyə və daha çox Amerika silahı almağa məcbur etməkdir. Bir də Putin Trampa Rusiyanı almağı təklif edir, amma çətin ki, onlar satış şərtləri barədə razılığa gəlsinlər”.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 452 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 452 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 452 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 452 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 452 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 452 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 452 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 452 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 452 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 452 baxış
Seçilmişlər
icon