Ağ Evin mətbuat xidmətindən açıqlama | Tramp bu qanununa sadiqdir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp ticarət danışıqlarının nəticəsindən asılı olmayaraq bütün ölkələr üçün 10%-lik idxal tariflərini qüvvədə saxlamaq niyyətindədir.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə məlumat verib.
“Prezident yalnız Böyük Britaniya üçün deyil, digər ölkələrlə ticarət danışıqları üçün də 10%-lik əsas tarifə sadiqdir”, – deyə K.Livitt ABŞ-nin digər ölkələrlə ticarət danışıqları başa çatdıqdan sonra da universal 10%-lik idxal tariflərinin qüvvədə qalacağı ilə bağlı sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, tariflər mümkün ticarət sazişlərindən sonra da qüvvədə qalacaq.
“Prezident 10%-lik əsas tarifi saxlamaqda qərarlıdır. Mən indicə onunla bu barədə danışdım”, – deyə mətbuat katibi əlavə edib.
#ABŞ teqi istifadə olunub
- Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?
- ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
