Pleyeri seçin:
Aİ-dən Suriya ilə bağlı kritik qərar | Nələr dəyişəcək?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaları tamamilə ləğv etmək qərarı qəbul edib.
Bunu Brüsseldə keçirilən Aİ Şurasının iclasından sonra İttifaqın Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaya Kallas açıqlayıb.
"Suriyaya qarşı iqtisadi sanksiyalarımızı ləğv etmək qərarı aldıq. Suriya xalqının yeni, inklüziv və sülhsevər bir Suriya qurmasına kömək etmək istəyirik", ‒ deyə o bildirib.
K.Kallas qeyd edib ki, Aİ 14 il ərzində Suriya xalqını dəstəkləyib və bunu davam etdirməyə hazırdır.
Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani öz "X" hesabında Aİ-yə ölkəyə qarşı sanksiyaların ləğvi üçün təşəkkür edib. O, bu qərarın Suriyada təhlükəsizlik, sabitlik və rifahı gücləndirəcəyini vurğulayıb.
Kopyalandı
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
