Aİ Livandakı vəziyyətdən narahatdır | İsrailə çağırış edildi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail ordusu Livanda “Hizbullah”a məxsus raket buraxılış qurğularının olduğu anbarı məhv edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, anbarda yer-hava tipli raketlərin buraxılması üçün nəzərdə tutulmuş qurğular saxlanılırmış.
Açıqlamada bildirilir ki, obyekt Beyrut Beynəlxalq Hava Limanından təxminən 1,5 km aralıda yerləşir. Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın onlarla hərbi obyektinə hücum edib.
Qeyd edək ki, İsrail sentyabrın 23-də Livanda “Hizbullah”a qarşı hərbi əməliyyata başlayıb. Məqsəd təşkilatın hərbi obyektlərinə kütləvi zərbələr endirməkdən ibarətdir.
Bu arada, Avropa İttifaqı Livandakı vəziyyətdən narahatdir. “Livana istənilən hərbi müdaxilə Yaxın Şərqdəki vəziyyəti kökündən pisləşdirəcək”. Bunu Avropa İttifaqının Ali Nümayəndəsi Cozep Borrell deyib. “İstənilən hərbi müdaxilə vəziyyəti kəskin şəkildə pisləşdirəcək və bunun qarşısı alınmalıdır”, – deyə o bildirib. Borrell həmçinin vəziyyəti gərginləşdirməmək üçün İsraili Livan ərazisinə girməkdən çəkinməyə çağırıb.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
